Təyyarəyə 200 diri əqrəb keçirmək istədi

  • Space TV
  • 16 Yanvar 2020 15:16

Şri Lankada Bandaranaike hava limanının əməkdaşları çinli sərnişindən 200 diri əqrəb müsadirə edib.

SPACE TV  bildirir ki, 30 yaşlı şəxs əqrəbləri plastik qablara yığaraq çantada gizlədib. Lakin gömrük baxışı zamanı əqrəblər aşkar edilib və müsadirə olunub. Həmin şəxs 551 dollar məbləğində cərimələndikdən sonra təyyarəyə buraxılıb.

Onun əqrəblərin zəhərindən istifadə etmək üçün Çinə aparmaq istədiyi məlum olub.

Paylaş

 Xəbəriniz olsun