Təyyarənin mühərriki alışdı: Onlarla sərnişin ölümdən döndü

  • Space TV
  • 4 Fevral 2020 14:07

Madrid-Toronto reysi ilə uçan “Boeing”də aeroporta bir neçə kilometr qalmış yanğın baş verib.

Bu barədə REN TV xəbər yayıb.

Bildirilir ki, uçuş zamanı təyyarənin şassisi zədələnib və qalıqlar mühərrikə düşüb. Pilot dərhal problem barədə dispetçerə xəbərdarlıq edib və aeroporta qayıdacağını bildirib. Havaya dərhal hərbi qırıcı qaldırılıb.

Layner qəzalı eniş etməzdən əvvəl yanacağın bitməsi üçün İspaniya paytaxtı üzərində dörd saat dövrə vurub, qırıcı da bu müddət ərzində onu müşayiət edib. Həmin müddətdə aeroportda təhlükəsizlik tədbirləri görülüb.

Enişə yaxınlaşan vaxt mühərrik yanıb. Təyyarə silkələnməyə başlayıb, bununla belə, pilotlar onu Madridin “Baraxas” aeroportunda endirə biliblər.

Göyərtədə həmin vaxt 128 sərnişin olub. Onlar arasında xəsarət alan yoxdur.

Paylaş

 Xəbəriniz olsun