Təyyarə yanmağa başlayıb

  • SpaceTV
  • 22 Avqust 2019 12:32

ABŞ-ın Kaliforniya ştatının Orovill şəhərində yerləşən hava limanında uçuşa hazırlaşan təyyarə yanmağa başlayıb. Hava gəmisinin göyərtəsində olan səkkiz sərnişin və iki ekipaj üzvü xəsarət almadan nəqliyyat vasitəsini tərk edib. Onların həyatı üçün heç bir təhlükə yoxdur.

Yanğın tez bir zamanda söndürülüb. Təyyarə iki yerə bölünüb və demək olar ki, tamamilə yanıb.

Hadisənin səbəbləri haqqında məlumat verilməyib.

Paylaş

 Xəbəriniz olsun