“Space” Xarici mətbuata istinadən xəbər verir ki, Yeni Zelnadiyanın Tararua Ranges rayonunda təyyarə qəzaya uğrayıb. Məlumata görə, qəzaya uğrayan təyyarə təlim təyyarəsi olub. Hadisə nəticəsində 2 nəfər ölüb.
Dərhal axtarış-əməliyyat tədbirləri görülüb. Nəticədə pilot və təlim alan şəxsin meyiti meşəlikdən tapılıb.
Xilasedicilərin əlaqələndiricisi Keis Allen hadisənin əlverişsiz hava şəratinə görə baş verdiyini deyib.
Qəza ilə bağlı araşdırma aparılır.