Təyyarə qəzaya düşdü, içindən bir nəfər də sağ qalmadı

  • Space TV
  • 29 Noyabr 2019 15:58

Kanadada təyyarə qəzası baş verib.

SPACE TV xarici mediaya istinadən xəbər verir ki, kiçik təyyarə enişə hazırlaşarkən qəzaya uğrayıb. Qəza nəticəsində 7 nəfərin öldüyü bildirilib. Təyyarə Ontario əyalətindəki Kinqston hava limanına gedərkən qəzaya düşüb.

Polis verdiyi açıqlamada təyyarədə olan hər kəsin öldüyünü, heç kimin xilas ola bilmədiyini bildirib. Qəza olarkən havanın küləkli olduğu qeyd edilib.

Paylaş

 Xəbəriniz olsun