Təyyarə ölü sərnişinlərə görə təcili eniş etdi

  • Space TV
  • 13 Yanvar 2020 16:37

Şri-Lankanın Bandaranaike beynəlxalq hava limanında “Thai Airways” aviaşirkətinə məxsus layner iki ölü sərnişinə görə təcili eniş edib.

SPACE TV-in “Komsomolskaya pravda”ya istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərindən İndoneziyanın Surabaya aeroportuna uçan təyyarədə qadın və kişi sərnişinin halı qəflətən pisləşib. Bundan sonra ekipaj Kolomboda məcburi eniş istəyib. Lakin o vaxt artıq sərnişinlərin hər ikisi vəfat edib.

Onların hansı səbəbdən öldüyü barədə məlumat yoxdur.

Paylaş

 Xəbəriniz olsun