Təxliyyə barədə fərman verildi

  • SpaceTV
  • 2 Sentyabr 2019 14:48

 “Dorian” qasırğası bütün gücü ilə Baham adaları sahillərinə çatıb. ABŞ-ın Qasırğaların İzlənilməsi üzrə Milli Mərkəzinin məlumatına görə ən yüksək 5-ci dərəcəli qasırğa Baham adalarının şimal hissəsindəki Abako adasında tüğyan edir. Sinoptiklər bildirib ki,  Abakoda qorxunc vəziyyət yaşanır”, ABŞ-ın Corciya ştatının qubernatoru isə “Dorian” qasırğasının yaxınlaşması ilə əlaqədar sahil rayonlarında insanların təxliyyə olunması barədə fərman verib

“Corciya ştatının bütün ehtiyatları bu mütləq təxliyyəyə yardım üçün istifadə olunmalıdır”, — deyə  fərmanda qeyd olunub. İnsanlar bu gün təxliyyə olunmağa başlayacaqlar. Corciyanın ardınca Florida ştatının qubernatoru Ron De Santis də təbii fəlakətlə əlaqədar olaraq sahil zolağında yerləşən əksər dairələrin sakinlərinin təxliyyə edilməsi barədə göstəriş verib. Məcburi təxliyyə fərmanı Floridanın 9 dairəsinə şamil edilib. Ştatın daha 7 dairəsində təxliyyə könüllü şəkildə həyata keçirilir.

 Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp Corciya, Cənubi və Şimali Karolina ştatlarının sakinlərinə şiddətli “Dorian” qasırğasının mümkün zərbəsi barədə xəbərdarlıq edib.

Prezident qeyd edib ki, irəliləyən qasırğanın istiqamətini qabaqcadan söyləmək çox çətindir. Yalnız onu təsdiqləmək olar ki, “Dorian” son bir necə ildə baş vermiş ən böyük və ciddi qasırğalardan biridi Donald Tramp əhalini ehtiyatlı olmağa çağıraraq yazıb: “Deyəsən, bizim gözəl Cənubi Karolina ştatımız əvvəlcə güman etdiyimizdən daha güclü zərbəyə məruz qalacaq. Bu, eynilə Corciya, Şimali Karolina ştatlarına da aiddir”. Ştatın qubernatoru Ron Desantis əhalini bir həftəlik ərzaq, su və dərman ehtiyatı görməyə çağırıb. O, həmçinin yerli sakinlərin mümkün təxliyəyə hazır olmalarını da xahiş edib. Son məlumata əsasən, dördüncü təhlükə səviyyəsinə yüksələn qasırğanın mərkəzində küləyin sürəti saatda 209 kilometrə çatır.

Paylaş

 Xəbəriniz olsun