Təsadüf, yoxsa ssenari? Hər 100 ildən bir dünyaya epidemiya yayılır

  • SpaceTV
  • 7 Aprel 2020 15:18

2019-cu ildə meydana gələn və bütün dünyaya yayılan yeni növ koronavirus tarixdə meydana gəlmiş müxtəlif epidemiyaları gündəmə gətirib. Ötən əsrlərdə koronavirusdan qat-qat təhlükəli və milyonlarla ölümə səbəb olan epidemiyalar ortaya çıxmışdır.

SPACE TV bildirir ki, əvvəlki əsrlərdə yayılan epidemiyaların arasın 100 illik müddətin olması diqqət çəkir.


Böyük Marsel epidemiyası (1720-1722)

Bu epidemiya vəba xəstəliyinin davamı idi. Fransanın Marsel şəhərində görülən bu epidemiya digər yerlərə nisbətən burada daha təsirli olduğuna görə belə adlandırılmışdır. Amerikadakı Qızıldərili soyqırımlarından başqa bilinən bütün epidemiyalardan və müharibələrdən çox insanın öldüyü epidemiya nəticəsində bir varianta görə, Avropa əhalisinin 1/3-I məhv olmuşdur. Virus Orta Şərq, Hindistan və Çində 75-200 milyon insanın ölümü ilə nəticələnmişdir.

Vəba pandemiyası (1820)

İlk Asiya vəba epidemiyası və ya Asiya vəbası kimi də bilinir. Kəlkütdə meydana gəlmiş və Cənub şərqi Asiya, Şərqi Afrika, Qərbi Afrika və Aralıq dənizi sahillərinə qədər yayılmış bir pandemiya olmuşdur.

Pandemiya demək olar Asiyanın bütün ölkələrinə təsir göstərmişdir.

İspan qripi (1920)

İspan qripi H1N1 virusunun ölümcül bir alt növünün səbəb olduğu epidemiyadır. Epidemiya 18 ay ərzində 50 ilə 100 milyon arası insanın ölümünə səbəb olmuşdur. Bu insanlıq tarixində ən böyük epidemiyadır. Bu qripin xüsusiyyətlərindən biri bu idi ki, zəif, yaşlı və uşaqlardan çox sağlam gəncləri öldürmüşdür.

Bəzi tairxçilərin fikirlərinə görə, bu epidemiya Birinci Dünya müharibəsinin sona çatmasında rol oynamışdır.

“Covid-19” virusu (2020)

2019-cu ilin sonunda Çinin Vuhan şəhərində meydana gələn yeni növ koronavirusa bu günə qədər bütün dünyada 1 milyon 358 min insan yoluxmuşdur. Dünyanın 211 ölkəsinə yayılan virus 75 min 897 insanın ölümünə səbəb olmuşdur.

Hal-hazırda ABŞ yoluxanların sayına görə birincidir. Burada 358 min insan virusa yoluxub. İtaliya isə ölənlərin sayına görə liderdir: 16 min 523 ölü.

Virus Avropanın bütün ölkələrinə yayılmışdır.

Paylaş

 Xəbəriniz olsun