Tərtərdə yanğın oldu

  • Space TV
  • 12 Sentyabr 2020 11:03

Tərtər rayonunun Yuxarı Qapanlı kəndində həyətyanı sahəyə yığılan 15 ton ot bağlamasının 7 tonu yanıb.

Spacetv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

 Xəbəriniz olsun