Tərtərdə toy məclisi təşkil edənlər saxlanıldı

  • Space TV
  • 21 Dekabr 2020 10:44

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Spacetv.az-a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Dəmirçilər kəndində kənd sakini İlqar İsmayılovun özünə məxsus fərdi yaşayış evində toy məclisi təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı İ.İsmayılov və daha 2 nəfər barəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.

Paylaş

 Xəbəriniz olsun