Tərtərdə mülki əhali atəşə tutulub: bir ölü – VİDEO

  • SpaceTV
  • 1 Oktyabr 2020 11:29

Ermənistan ordusu cəbhənin Tərtər istiqamətində yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.  Space TV-nin cəbhə  bölgəsində olan əməkdaşlarının verdiyi məlumatına əsasən,  bu  gün  səhər saatlarında  düşmənin atdığı mərmilərdən biri Tərtər şəhərinin mərkəzinə  düşüb. Nəticədə avtobus dayanacağının qarşısında bir nəfər mülki vətəndaş həlak olub.  Ermənilərin öldürdüyü mülki sakin 1982-cı il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğludur.

Paylaş

 Xəbəriniz olsun