Tərtərdə minik maşını yük maşını ilə toqquşub, ölən və xəsarət alanlar var

  • Space TV
  • 22 İyun 2020 16:46

Tərtərdə sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Təhməz Akif oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil hərəkətdə olan yük avtomobili ilə toqquşub. Nəticədə “Jiquli”nin sürücüsü Təhməz Məmmədov hadisə yerində dünyasını dəyişib, yük avtomobilində olan sərnişin və sürücü isə ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri ağırdır.

Emin Babayev  SPACE TV

Paylaş

 Xəbəriniz olsun