Tərtərdə iki yaşlı körpəni elektrik cərəyanı vuraraq öldürüb

  • SpaceTV
  • 22 Avqust 2019 16:04

Tərtər rayonunda bədbəxt hadisə baş verib.

Tərtər Rayon Prokurorluğundan  verilən məlumata görə, rayonun Azad Qaraqoyunlu kəndində 2017-ci il təvəllüdlü Üzeyir Fədail oğlu Xəlilzadəni elektrik cərəyanı vurub.  Körpə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun