Tərtərdə dəfn zamanı düşmən qəbiristanlığa mərmi atıb, üç mülki şəxs ölüb, üçü yaralanıb – VİDEO

  • Space TV
  • 15 Oktyabr 2020 14:23

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Bu barədə spacetv.az-ın bölgə müxbiri xəbər verir. Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

Oktyabrın 15-i düşmən növbəti dəfə dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsilə rayona top mərmisi atıb.

Ermənilər Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığa dəfn mərasimi zamanı top mərmisi atıb. Nəticədə, ilkin məlumatlara, görə 3 mülki şəxs ölüb, 3 nəfər yaralanıb. Həmin şəxslərin adları dəqiqləşdirilir.

Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.

Paylaş

 Xəbəriniz olsun