Tərtərdə avtomobil piyadanı öldürüb

  • SpaceTV
  • 17 Avqust 2019 13:55

Tərtər rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Space.TV –nin xüsusi müxbiri məlumat verir ki, hadisə rayonun Bəyimsarov kəndində qeydə alınıb.

Belə ki, “VAZ-21099” markalı avtomobil yolu keçmək istəyən piyada Zaur Hümbətovu vurub.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Paylaş

 Xəbəriniz olsun