Tərtərdə 2-si qadın olmaqla 8 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

  • Space TV
  • 20 İyul 2020 17:01

Ciddi karantin rejiminin tələblərini pozub, qaydalardan yayınmağa çalışdılar. Qəza törətdilər.

Söhbət  karantin rejiminin ciddi tətbiq olunduğu rayonlarının, Yevlax, Bərdə və Mingəçevirin sakinlərindən gedir.  Bu rayonlardan olan 3 dost karantini pozduğu az imiş kimi hələ qəza da törədib.  Əvvəlcə dostlar  Tərtərə yeyib-içib istirahət etməyə gəlib. Yeyib-içən dostlar daha sonra avtomobillə digər bir istiqamətə yol alıblar. İstirahətin sonu isə qəza ilə nəticələnib.  

Hadisə Hidarx Tərtər Boluslu avtomobil yolunun Tərtərin Qarağacı kəndindən keçən hissəsində qeydə alınıb. Hindarx istiqamətində hərəkətdə olan  minik avtomobili ötmə əməliyyatı edərəkən qarşıdan gələn digər minik avtomobili ilə toqquşub. Nəticədə ikisi qadın olmaqla 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  İki qadın yüngül xəsarət aldıqları üçün evə ambulator müalicəyə buraxılıblar. Digər yaralılıar Tərtər rayon sakinləri 26 yaşlı Elşən Əlizadə, 27 yaşlı Elturan Əlisoy, 31 yaşlı Hüseyin Hüseyinov, Bərdə rayon sakini 29 yaşlı Sahil  Almasov, Yevlax rayon sakini 31 yaşlı  İslam Nəbiyev, Mingəşevir şəhər sakini  24 yaşlı Arzuman Atayev  Bərdə rayon Mərkəzi  xəstəxansına yerləşdiriliblər. Hadisənin necə baş verməsi ilə bağlı ətraflı məlumat almaq üçün xəstəxanaya yollandıq.  Nə bir həkim, nə də qəzaya düşən şəxsi görə bildik. Hamı əməliyyat otağında idi. Xəstəxanadan bildirildi ki, qəzaya düşənlərdən üçünün vəziyyəti ağır olduğu üçün  biri  Bakı şəhərinə yola salınıb. İkisi  isə Gəncə şəhərində yeləşən özəl klinkalara aparılıb.   

Müsahibimiz qəzada xəsarət alanlardan biri  Əlisoy  Elturandır. Onun sözlərinə görə 8 nəfərin içərisində demək olar ki, xəsarətsiz ötüşən elə sürücü olub. Bunun da səbəbi olub.

Yəni spirtli içki digərlərinin həyatına az qala son qoyacaqdı. Bunu da elə müsahibimiz deyir. O bildirir ki, hətta o qədər keyfləri yerində olub ki, qəzanın nə vaxt baş verdiyindən də xəbərsiz olublar.

Digər xəsarət alanaların son durumuna gəlincə bu barədə də elə onların öz dostları danışdı.

İndi qəzada xəsarət alan bütün gənclər ölüm-dirim mübarizəsi aparır. Hal bu ki, bu olmaya da bilərdi. Müsahibimiz də sabah əməliyyata götürüləcək. Özü də ki, ağır əməliyyata.

Əgər bütün karantin qaydalarına əməl etmiş olsaydılar, qaydalrı pozmadan evlərindən bayıra çıxmayıb, ailələrinin yanında qalsaydılar, bu gün bu cür ağlır bir hadisə yaşanmazdı. Nə bu xəstəxana dfivarları arasında əməliyyat saatlarını gözləyər, nə də ki, peşmançılıq keçirərdilər. Hələ bu harasıdır. Burdan sağ-salamat çıxmış  olsalar onları çöldə pozsuqları qanunun cəzası da gözləyir.  Hazırda isə baş verən bu faktla bağlı araşdırma aparılır.

Emin Babayev space tv

Paylaş

 Xəbəriniz olsun