Tərtər sakininin əlində qumbara partlayıb

  • SpaceTV
  • 31 Avqust 2019 14:02

Tərtər sakininin əlində qumbara partlayıb. 1 nəfər ölüb 1 nəfər ağır yaralanıb.

Tərtər rayon Təzəkənd kənd sakini 1991-ci il təvəllüdlü Hüseynov Elmir Bəkir oğlunun əlində partlayan qumbara onu canından edib, yaxın qonşusu 55 yaşlı Abbasov Fikrət Musa oğlu ağır bədən xəsarəti alıb. Yaralı – Fikrət Musa oğlu Abbasov Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu deyir.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri baş verən hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, ötən gün  Tərtər rayon sakini 1994-cü il təvəllüdlü Elmir Hüseynlinin yaşadığı evin həyətində sərxoş vəziyyətdə naməlum mənbədən əldə etdiyi əl qumbarasını partlatması nəticəsində aldığı xəsarətlər səbəbindən vəfat etməsi barədə rayon prokurorluğuna daxil olub.

Space TV – Məlumat əsasında dərhal prokurorluq və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

İlkin istintaqla müəyyən edilib ki, Elmir Hüseynli Tərtər rayonu ərazisində keçirilmiş toy məclisindən sərxoş vəziyyətdə evə qayıtdıqdan sonra istintaqa məlum olmayan mənbədən əldə etdiyi əl qumbarası ilə özünü partladacağını bildirib, səs-küyə həyətə gələn qonşusu 1967-ci il təvəllüdlü Fikrət Abbasov onu özünü öldürməkdən çəkindirmək üçün yaxınlaşarkən Elmir Hüseynli əl qumbarasını partladıb, nəticədə Elmir hadisə yerində vəfat edib, Fıkrət Abbasov isə ağır dərəcəli bədən xəsarətləri alaraq  Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Emin Babayev

Şamo Adıgözəlov

Space

Paylaş

 Xəbəriniz olsun