Tərtər –Bərdə məntəqələrdə seçkilər davam edir

  • Space TV
  • 23 Dekabr 2019 14:07

95 saylı Tərtər seçki dairəsinin 37 məntəqəsində də seçki prosesi davame dir. Dairə üzrə 22 bələdiyyəyə 202 nəfər bələdiyyə üzvü seçiləcək. Seçkidə 665 nəfər namizəd mübarizə aparır. Seçki dairəsində seçicilərin ümumi sayı 37 min 025 nəfərdir. Onlardan 822 nəfəri seçkidə ilk dəfə iştirak edəcək. Seçicilərdən 1207 nəfərinin yaşı 80-100 arası, 11 nəfərin isə yaşı 100-dən yuxarıdır. Seçki prosesini 380 nəfər müşahidəçi izləyir.

93 saylı Bərdə şəhər seçki dairəsindən bildirdilər ki, 50 seçki məntəqəsi üzrə 44 min 215 seçici qeydə alınıb. Dairə üzrə 26 bələdiyyəyə 230 üzv seçiləcəkdir. Namizədlərin sayı 493 nəfərdir. 

Səsvermənin gedişini 538 nəfər müşahidəçi izləyir. Bərdəli seçicilər səsvermədə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər.

94 saylı Bərdə kənd seçki dairəsindən verilən məlumata görə, bələdiyyə seçkiləri seçicilərin yüksək fəallığı ilə başlayıb.

Dairə üzrə səsvermə 54 seçki məntəqəsində təşkil edilib. Səsvermənin gedişini 545 nəfər yerli müşahidəçi izləyir. Qeydə alınmış 45 min 473 seçicinin 647 nəfəri ilk dəfə səs verən gənclərdir. 1137 nəfər seçicinin yaşı 80-100 arasında, 11 seçicinin yaşı isə 100-dən artıqdır. 30 saylı seçki məntəqəsində qeydə alınmış 125 yaşlı Səmərqə Allahverdiyeva nəinki rayonun, eləcə də respublikanın ən yaşlı seçicisidir. Dairə üzrə 40 bələdiyyəyə 358 bələdiyyə üzvü uğrunda 730 nəfər namizəd mübarizə aparır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun