Təqaüdçü qadın karantin rejimində mağazaya sürünərək getdi

  • Space TV
  • 8 İyun 2020 11:37

Rusiyanın Perm diyarında mağazaya sürünərək gedən qadının videosu yayılıb.

Kadrlar “Podsluşano Çaykovskiy” “VKontakte” qrupunda dərc olunub.

Görüntülərdə video müəllifinin kömək təklif etdiyi görünür, ancaq qadın imtina edir. Bundan sonra o, könüllülərə müraciət etməsini təklif edir.

“Mən onları siyahı ilə göndərmişəm, ancaq istədiklərimi almırlar”, – deyə təqaüdçü bildirib.

Videonun qəhrəmanı Lyudmila Qavrilova mağazaya “sümüklərini qızışdırmaq” üçün getdiyini deyərək, “milçəkdən fil düzəltməmələrini” istəyib.

O bildirib ki, altı il əvvəl yıxılıb, bundan sonra o, hətta oturmaq imkanından məhrum olub. Son günlərdə isə qadın sol tərəfə dönərək qalxmağı öyrənib.

“Sürünə bilirəm, sürünürəm. Küçəyə çıxmışdım, hava yaxşı idi. Düşündüm ki, mağazaya qədər sürünə bilərəm”, – deyə qadın bildirib.

Paylaş

 Xəbəriniz olsun