Təqaüd kartı üstündə oğul atasını öldürdü

  • SpaceTV
  • 22 Avqust 2019 15:24

Space TV -nin xüsusi müxbiri məlumat verir ki, Tovuzda dəhşətli hadisə baş verib. Valideyn övladına yox övlad valideyninə qənim kəsilib. Ata öz doğma oğlu tərəfindən qətlə yetirilib. Hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

 Hadisə yerinə dərhal  Hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Tovuz rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.  Rayonun Aşağı Quşçu kəndində yaşayan 49 yaşlı Rasim Məsimov mübahisə zəminində atası 83 yaşlı Məsimov Müzəffər Bayram oğlunun başına çəkiclə zərbələr vuraraq onu qətlə yetirib.

 İlkin məlumata görə, hadisəyə atanın oğluna verdiyi təqaüd kartını geri istəməsi olub. Bu zaman oğulla ata arasından mübahisə yaranıb və nəticədə qətl törədilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun