Təmiz hava- Sağlam həyat

  • SpaceTV
  • 16 Avqust 2019 14:39

Space.TV –yazır ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə avqustun 1-dən 15-dək paytaxtın küçə və prospektlərində, habelə 9 müəssisədə ekoloji vəziyyətin yaxşılaşdırılması və nəqliyyat vasitələrinin zərərli tullantılarının qarşısının alınması məqsədi ilə tədbirlər keçirib.

Atmosferə atılan zərərli qazların miqdarı nəzarətdə saxlanılmalıdır. Əks halda zəhərlənmiş hava insan nsğlamlığı üçün  təhlükəı yarada bilər. Odur ki, nəqliyyat vasitələri mütəmadi ekoloji müayinədən keçirilir. Bu müayinələr zamanı mövcud normalara uyğun nəqliyyat vasitələrinə ekoloji emblemlər təqdim olunur. Normalara uyğun olmayan nəqliyyat vasitələri isə diaqnostika və təmirdən sonra yenidən ekoloji müayinələrə cəlb olunur. Artıq 9 avtonəqliyyat müəssisəsində və avtomobil sexlərində 101 avtomobil yoxlanılıb. Həmin avtomobillərin 4-də mühərrikin işlənmiş qazlarından zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədəov bildirdi ki; “Reyd zamanı 280 nəqliyyat vasitəsi yoxlanılıb, onlardan 43 avtomobilin mühərriklərinin işlənmiş qazlardan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanıb. Həmin avtomobillərin sürücüləri barədə inzibati protokol tərtib edilib. Həmçinin yoxlamaların gedişi zamanı aşkar olunmuş qanun pozuntularının və çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi olan göstərişlər verilib”.

Yoxlama zamanı avtomobillərdə karbon oksidin miqdarı norma həddinə endirilib.

Bu günki ekoloji müayinələr zamanı nəqliyyat vasitələri kateqoriyalarına uyğun ekoloji emblemlər təqdim olunub. Uyğun olmayan nəqliyyat vasitələri isə diaqnostikada təmir olunduqdan sonra ekoloji müayinələrə cəlb olunacaqlar.

 Həmçinin yoxlamalar zamanı sürücülərə tövsiyə olunub ki, idarə etdikləri nəqliyyat vasitələrini saz vəziyyətdə saxlasınlar və ətraf mühitin qorunmasına töhfə versinlər.

Lalə Ülviqızı – Space

Paylaş

 Xəbəriniz olsun