Təmir əvəzinə yararsız vəziyyətə saldılar

  • SpaceTV
  • 23 Yanvar 2020 16:22

Kanalizasiya xəttində 1 aya yaxındır ki, nasazlıq yaranıb. Burada yaşayan sakinlər bir yana,  yolu bu ünvandan düşən sakinlər də  artıq iydən, qoxudan yollarını dəyişməyə məcbur olurlar. Görüntülər Nizami rayonu Kərəm İsmayılov küçəsi-9 ünvanındandır.

Sakinlər bildirirlər ki, kanalizasiya xətti uzun müddətdir istismar edildiyi üçün küçə boyu borular sıradan  çıxıb. Aylardır Azərsu Açıq Səhmdar Cəmiyyətinə etdikləri müraciətin nəticəsində  10 gün əvvəl Suraxanı rayon su – kanal idarəsinin əməkdaşları əraziyə texnika gətirib yolu qazıb  kanalizasiya xəttini zədələməklə kifayətləniblər

Artıq sözgedən küçədə kanalizasiya sularının yaratdığı vəziyyət sakinləri çıxılmaz duruma salıb.Bəzi evlərin hasarlarında   qazıntı zamanı çatlar əmələ gəlib, bəzilərində isə günlərdir evlərə axan su mənzillərin divarlarında çatlar yaradıb

Suraxanı rayon  su kanal idarəsinin ərazidə olan əməkdaşları bu küçədə qazıntı işləri aparan texnikanın bir gecənin içərisində hara qeybə çəkildiyini yalnız idarə rəisinin bilməli olduğunu dedilər

Kərəm İsmayılov küçəsində yaranan problemlə bağlı üz tutduq Suraxanı rayon sukanal idarəsinə.Səhər saatları olmasına baxmayaraq suallarımızı cavablandıracaq birini tapa bilmədik.Günlərlə hətta aylarla sakinləri get- gələ salan Suraxanı Su kanal İdarəsinin rəhbərliyi  yəqin ki,  insafa gəlib üzərinə düşən vəzifə borcunu tezliklə yerinə yetirəcək. Mövzunu diqqətə saxlayacağıq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun