Təlimlərdə qoşunlar yerdəyişmə tapşırıqlarını icra ediblər

  • SpaceTV
  • 17 Sentyabr 2019 15:29

Silahlı Qüvvələrin genişmiqyaslı təlimlərində qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlara köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması üzrə tapşırıqlar icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Space -ə bildiriblər ki, genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin məqsədinə uyğun olaraq, əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək bölmələr təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqları yerinə yetirirlər.

Paylaş

 Xəbəriniz olsun