Genişmiqyaslı təlimlərin planına uyğun olaraq, ərazinin kəşfi mərhələsindən sonra təlim iştirakçıları qoşunların qarşılıqlı fəaliyyətinin təşkilini maket üzərində həyata keçiriblər.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Space -ə verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə təlimlərin mərhələlər üzrə epizodları çətin dağlıq relyefli ərazinin maketi üzərində işlənilib.