Təlim, yoxsa xəbərdarlıq ?

  • SpaceTV
  • 15 May 2020 10:23

BU AYIN 18-DƏN 22-DƏK ORDUMUZUN GENİŞMİQYASLI ƏMƏLİYYAT-TAKTİKİ TƏLİMLƏRİ BAŞ TUTACAQ. TƏLIMLƏRƏ 10 MİN NƏFƏRƏDƏK ŞƏXSI HEYƏT, 120-YƏ YAXIN  TANK VƏ DIGƏR ZIREHLI TEXNIKA CƏLB OLUNACAQ. BUNUNLA YANAŞI TƏLİMLƏRDƏ 200 MÜXTƏLIF ÇAPLI RAKET VƏ ARTILLERIYA QURĞUSU, REAKTIV YAYLIM ATƏŞ SISTEMI VƏ MINAATANLAR, 30-DƏK ORDU VƏ CƏBHƏ AVIASIYASI VƏ MÜXTƏLIF TƏYINATLI PILOTSUZ UÇUŞ APARATLARINDAN İSTİFADƏ EDİLƏCƏK. MƏQSƏD DÖYÜŞ HAZIRLIĞI, ƏMƏLİYYATLARIN PLANLAŞDIRILMASI, HƏRTƏRƏFLİ TƏMİNATI, ATƏŞ VƏ MANEVR İMKANLARININ YOXLANILMASIDIR. YÜKSƏK DƏQIQLIYƏ MALIK VASITƏLƏRIN ISTIFADƏSI DƏ NƏZƏRDƏ TUTULUR.

ƏLBƏTTƏ “DANIŞIQLAR ƏBƏDİ DAVAM EDƏ BİLMƏZ”. BU FİKİRLƏRİ  ELMAR MƏMMƏDYAROV  MDB XİN RƏHBƏRLƏRİ İLƏ VİDEOKONFRANS VASİTƏSİLƏ BAŞ TUTAN GÖRÜŞDƏ DEYİB. PREZİDENT ADMNİSTRASİYASININ XARİCİ MƏSƏLƏLƏR ŞÖBƏSİNİN MÜDİRİ HİKMƏT HACIYEV İSƏ AÇIQLAMALARININ BİRİNDƏ BİLDİRİB Kİ, “ERMƏNİSTANIN YÜRÜTDÜYÜ SİYASƏTİN ƏSASINDA  İŞĞALA ƏSASLANAN STATUS-KVONU SAXLAMAQ, MÜXTƏLİF BƏHANƏLƏRLƏ DANIŞIQLAR PROSESİNİN İRƏLİ GETMƏSİNİ ƏNGƏLLƏMƏK DAYANIR”.  HAMI BİLİR Kİ, DANIŞIQLAR,  MÜXTƏLİF RAZILAŞMALARIN ƏLDƏ OLUNMASI VƏ MÜƏYYƏN GÜZƏŞTLƏRƏ GEDİLMƏSİ SÜLHÜN QORUNMASINI ŞƏRTLƏNDİRƏN ƏSAS AMİLLƏRDƏNİR. ƏKS HALDA BARIŞIQ VƏ SÜLH MÜHARİBƏNİN QANLI KÖLGƏSİNDƏ İTƏ BİLƏR. LAKIN REGİONDA MARAQLI OLAN DİGƏR ÖLKƏLƏR DƏ QARABAĞDA SAVAŞ İSTƏMİR.

ERMƏNİSTANIN  YENİ CİNAYƏTLƏRİNİN ÜZƏ ÇIXMASI İLƏ OLAN-QALAN NÜFUZLARININ DA  SARSILMAĞINI QARABAĞI GERİ QAYTARMAQ YOLUNDA YAXŞI FÜRSƏT KİMİ DƏYƏRLƏNDİRƏNLƏR DA VAR. HƏR HALDA ÖLKƏMİZİN GENİŞMİQYASLI TƏLİMLƏRİNƏ PARALEL MÜHÜM SİYASİ ADDIMLARIN ATILACAĞI DA İSTİSNA OLUNMUR.

ANAR RƏHİMOV  SPACE TV

Paylaş

 Xəbəriniz olsun