Tələblər sərtləşib

  • SpaceTV
  • 17 Avqust 2019 15:29

Bu il alpinizm mövsümündən sonra Nepal hökuməti tərəfindən yaradılmış xüsusi komissiya Everesti fəth etmək istəyənlər üçün tələbləri sərtləşdirməyi qərara alıb. Bundan sonra dünyanın ən yüksək zirvəsinə dırmanmaq arzusunda olanlar daha çox rüsum ödəməli və daha çox sənəd təqdim etməli olacaqlar.

 Qeyd olunur ki, alpinistlər 8 848 metrlik zirvəni fəth etmək üçün  6 500 metr hündürlükdə zirvəyə çıxdıqlarını təsdiq edən sənəd təqdim etməlidir. Bundan başqa, Everestə çıxmaq üçün rüsum 11 min dollardan 35 min dollaradək qaldırılıb.

Paylaş

 Xəbəriniz olsun