Tələbəni təhqir edən kollec direktoru cəzalandırıldı

  • Space TV
  • 19 Fevral 2021 14:27

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Bakı Humanitar Kollecinin tələbə qızı təhqir etməsinə münasibət bildirib.

Spacetv.az xəbər verir ki, univeristetdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ötən gün sosial mediada ADMİU tabeliyində fəaliyyət göstərən Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovaya aid olunan səs yazısı yayılıb:

“Bununla bağlı məsələ universitet rəhbərliyi tərəfindən araşdırılıb və kollec direktorundan izahat alınıb. Müəyyən olunub ki, qeyd olunan səs yazısı kollecin məsafədən təşkil olunan imtahanlarından biri zamanı yazılıb və kontekstdən çıxarılıb.

Bununla belə, kollec direktoru onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəyib. Kollec direktoru ilə bağlı inzibati tənbeh tədbiri görülüb”.

Paylaş

 Xəbəriniz olsun