Tələbələrimizi gözləyən təhlükə

  • SpaceTV
  • 28 Yanvar 2020 11:25

Çində yayılan koronovirus təhlükəsi ilə bağlı ölkənin Hubey əyalətinin on üç şəhərində karantin elan edilib. Karantin elan edilən ərazilərdə azərbaycanlı tələbələr də var və onlar ölkəyə qayıda bilmir. Onlardan biri,  uxan  şəhərində yaşayan doktorant  Leyla Quliyeva övladının xəstəliyə yoluxacağından çox narahat olduğunu deyir.

Həmyerlimiz bildirdi ki,  xəbərdalıq gecə edildiyindən bəzi azərbaycanlı tələbələr şəhəri tərk edə bilsələr də Leyla xanım məlumatsız olduğundan olduqları yerdə qalıb. Xəbərdarlıqdan 7-8 saat sonra, səhər saat 10:00-da şəhərə giriş-çıxış bağlanıb. Leyla Quliyeva həmçinin ictimai nəqliyyatın işləmədiyini və evdən bayıra  çıxa bilmədiklərini bildirdi.

Həmyerlimiz onun  ailəsindən  başqa Uxanda daha  3azərbaycanlı tələbənin  də olduğunu bildirdi.

Azərbaycan xarici işlər nazirliyinin sözçüsü leyla abdullayeva da  hər gün-ə açıqlamasında həmvətənləriminzin təxliyəsi üçün danışıqların aparıldığını dedi.

Bu gün keçirdiyi mətbuat konfransında təhsil naziri Ceyhun Bayramov  hazırda Çində ümumilikdə 500-ə yaxın azərbaycanlı tələbənin  təhsil aldığını deyib.  Onun sözlərinə görə koronavirusun yayıldığı bölgələrdə 7 tələbəmiz var.

Xatırladaq  ki,çində son bir gündə koronavirusun yeni növünə yoluxan daha 24 nəfər ölüb ki, bununla da vəfat edənlərin ümumi sayı 80-nə çatıb.

LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun