Tələbə qızlarların hansı qidadan zəhərləndiyi məlum oldu – “Suşi”

  • SpaceTV
  • 21 Noyabr 2019 17:22

BDU-nun yataqxanasında tələbə qızların hansı qidadan zəhərləndiyi məlum olub.

SPACE TV xəbər verir ki, bu barədə unikal.org-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, qızlar qidalanmaq üçün restoranların birindən qaldıqları yataqxanaya “Suşi” sifariş veriblər: “Tələbələr “Suşi”ni yedikdən sonra özlərini pis his edib və təcili yardıma müraciət ediblər”.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənmə baş verib. 3 tələbə qızdan biri – 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova ölüb. 1998-ci il təvəllüdlü, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi İbadova Həmidə və Kitabxanaçılıq fakültəsinin tələbəsi, onun həmyaşıdı Dilrubə Quliyeva xəstəxanaya yerləşdirilib.

Paylaş

 Xəbəriniz olsun