Təkəlduz sənəti

  • SpaceTV
  • 7 Oktyabr 2019 15:47

Dekorativ-tətbiqi incəsənətin bir növü olan bədii tikmənin Azərbaycanda çox qədim tarixi var.Azərbaycanda geniş yayılmış qədim xalq sənəti növlərindən biri də təkəlduzdur.Səkinəxatın Paşayeva Şəkidə məşhur təkəlduz ustalarındandır. Xanım qəhrəmanımız təkəlduz sənətindən əvvəl bədii tikmənin digər növlərinə, həmçinin toxuma sənətinə də maraq göstərib.Təkəlduz hərfi mənada “tək əllə düz” mənasını verir. Təkəlduz sənətinin çox incəlik tələb edən, eyni zamanda, xeyli vaxt aparan bir sənət növü olduğunu bildirən Səkinəxatın xanım deyir ki ,elə işlər var 3-4 ay üzərində çalışmalı olursan. Kiçik ölçülü əl işləri isə 20 günə, bir aya əmələ gəlir.

Sənətkarın dediyinə görə, əl işlərinin qiyməti müxtəlifdir. Satışdan heç də narazı deyil. Ən bahalı 1000 manatlıq işini yeni hazırladığı üçün hələki sata bilməyib. Ancaq onun əl işlərinə daha çox turistlər maraq göstərir.

Təkəlduz sənəti haqda bir-çox rəvayətlər var.Ancaq onlardan ən maraqlısı və ağılabatanı kişilərin vaxtilə bu sənətdən istifadə edərək məlumat ötürmələridir.

Sənətkar dəfələrlə  sərgilərin diplomlarına layiq görülüb. Onun əl işləri Türkiyə və Avstriyada təşkil olunan sərgilərdə də nümayiş etdirilib.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun