Təhsil ocaqlarında Nəsimi anılır

  • SpaceTV
  • 30 Noyabr 2019 16:15

Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət  mərkəzindədir. Ölkəmizdə  Nəsimi ilinin  keçirilməsi ilə  bağlı hazırlanmış proqram  çərçvəsində  ölkə üzrə bütün idarə və müəssələrdə, təhsil ocaqlarında  da 2019-cilin nəsimi ili elan olunması ilə bağlı geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir.Dərsliklərlə yanaşı məktəblərin daxili fəaliyyət planına uyğun olaraq İmaddədin Nəsiminin həyat və yaradıcılığı mövzusunda əlavə dərslər keçirilib.

Böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar paytaxtın  bütün  təhsil ocaqlarında olduğu kimi Suraxanı rayonu 101 saylı tam orta məktəbdə də tədbir keçilib.Tədbirdə Nəsimi filmindən fraqment göstərildi ,məktəblilər böyük söz ustadının qəzəllərini səsləndirdilər,şairin həyat və yaradıcılığına baş vuruldu

Tədbirdə çıxış edən qonaqlar  2019-cu ilin “Nəsimi ili” elan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstərici olduğunu , eyni zamanda, bu Sərəncam Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfə olduğunu bildirdilər

Nəsiminin 650 illik yubileyinə həsr olunmuş daha bir tədbir 12 nömrəli Bakı Peşə liseyində keçirilib.Tədbirdə nəsimi obrazı canlandırılıb.Dahi Azərbaycan şairinin qəzəlləri səsləndirilib.Eyni zamanda tələbələrin müvafiq ixtisaslar üzrə bilik və bacarıqları nümayiş olunub

Dahi şairin  650 illiy yubileyi ölkə daxili ilə yanaşı  bir çox xarici ölkələrdə də geniş qeyd olunub.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun