Təhsil Nazirliyi valideynlərə müraciət edib

  • Space TV
  • 21 Dekabr 2020 16:34

“Valideynlər məktəbdaxili milli qiymətləndirmə zamanı övladlarına kömək etməyə çalışmamalıdırlar. Çünki bu, real nəticələri görməyimizə mane olur, eyni zamanda şagirdin şəxsiyyət kimi formalaşmasında problemlər yaradır”.

Spacetv.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə “Virtual məktəb”də IV, VI və IX sinif şagirdləri arasında keçirilən milli qiymətləndirmənin nəticələrinin müzakirəsi zamanı deyib.

Nazirlik rəsmisi qeyd edib ki, qiymətləndirmə zamanı kənar təsirlərin olmaması üçün sistem təkmilləşdirilməlidir: “Təbii ki, bu da müəyyən vaxt aparacaq. Gələcəkdə başqa xarici dil və digər fənlər də milli qiymətləndirməyə cəlb oluna bilər”.

Paylaş

 Xəbəriniz olsun