Təhsil Nazirliyi: “İmatahanlar yenə də şəffaf şəkildə keçiriləcək”

  • Space TV
  • 16 İyul 2020 15:26

“Təhsil Nazirliyinin bütün qurumlarında kifayət qədər əməkdaş çalışır. Bakı şəhərində böyük bir məkanda imtahan zamanı 100-ə yaxın əməkdaş cəlb olunurdusa, müxtəlif ərazilərdə 30-40 müəllimin iştirakı ilə keçirilən zala 3-4 nəzarətçi bəs edəcək”.

space tv xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov canlı yayımda müəllimlərin işə qəbulu üzrə müsabiqədən danışarkən deyib.

Onun sözlərinə görə, imtahana nəzərət prosesi bütün hallarda şəffaf şəkildə keçiriləcək:

“İmtahan iştirakçıları buna görə narahat olmasın. Müəllimlərin işə qəbulu ilə bağlı imatahanlar yenə də şəffaf şəkildə keçiriləcək. Nazirliyin bu məsələyə nəzarət üçün cəlb edəcəyi kifayət qədər əməkdaşı var”.

Paylaş

 Xəbəriniz olsun