Təhsil Nazirliyi İdarəsi 2,2 milyon manata satınalma edib

  • Space TV
  • 18 Noyabr 2020 16:24

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi elen etdiyi açıq tenderə yekun vurub.

Spacetv.az-ın dövlət satınalmaları elektron portalından əldə etdiyi məlumata əsasən, Nazirliyin müvafiq İdarəsinin tender üzrə elan etdiyi müsabiqənin qalibi “Parlaq-N” MMC olub. 

Belə ki, tender üzrə Nazirliyin qazanxana və istilik sistemlərinin quraşdırma da daxil olmaqla təminatı şirkətə həvalə olunacaq. 

Müvafiq işlərə Nazirlik tərəfindən 2 milyon 24 min 970 manat ayrılacaq.

Paylaş

 Xəbəriniz olsun