Təhsil naziri şagirdlərə müraciət etdi – FOTO

  • Space TV
  • 8 Fevral 2021 12:54

Təhsil naziri Emin Əmrullayev bu gündən əyani tədrisin mərhələli bərpası ilə bağlı şagirdlərə müraciət edib. 

O, fikirlərini sosial şəbəkə hesabında bölüşüb:

“Ənənəvi tədris forması mərhələli şəkildə bərpa olunur. İlkin mərhələdə bölgələrdəki ümumi təhsil müəssisələrində və uşaq-gənclər inkişaf mərkəzlərində təhsil alan şagirdlərimiz əyani formada dərslərdə iştirak edirlər. Sosial məsafəni qorumaq, maska taxmaq və şəxsi gigiyena qaydalarına riayət etmək olduqca zəruridir. 

Hər birinizə müvəffəqiyyətlər!”

https://www.facebook.com/AmrullayevEmin/

Paylaş

 Xəbəriniz olsun