Təhsil naziri qəzada həlak olan tələbələrin yaxınlarına başsağlığı verib

  • Space TV
  • 30 Noyabr 2020 12:23

Təhsil naziri Emin Əmrullayev Tibb Universitetinin avtomobil qəzasında ölən tələbələrinin yaxınlarına başsağlığı verib.

Spacetv.az xəbər verir ki, başsağlığında deyilir:

“Bu səhər çox üzücü bir xəbər aldıq. Gecə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxanada könüllü çalışan 3 tələbəmiz həlak olub, 1 tələbəmiz isə ağır yaralanıb.

Həlak olanlar Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin V kurs tələbəsi Sahil Mustafazadə, müalicə profilaktika fakültəsinin V kurs tələbəsi Tuncay Məmmədov və eyni fakültənin VI kurs tələbəsi Yeganə Məmmədovadır. Müalicə profilaktika fakültəsinin V kurs tələbəsi İlkin Ağamirzəyev isə hadisə nəticəsində ağır yaralanıb.

Allahdan həlak olanlara rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirəm!”.

Paylaş

 Xəbəriniz olsun