Təhsilə dəstək yönümlü layihəyə yekun vurulub

  • Space TV
  • 14 Dekabr 2020 17:28

BP və tərəfdaşlarının təhsilə dəstək yönümlü “Ümumtəhsil müəssisələrində informatika təmayüllü siniflərin təşkili” layihəsinə yekun vurulub.

“BP Azərbaycan”dan verilən məlumata əsasən, üçillik layihə BP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları SOCAR, TPAO, PETRONAS, “Chevron”, LUKOIL, NICO, “Equinor”, INPEX, “ExxonMobil”, SGC, ITOCHU, ONGC, TOTAL, “Eni” tərəfindən həyata keçirilib.

Layihə ilə Azərbaycanda yuxarı sinif şagirdləri üçün informatika fənninin tədrisinin təkmilləşdirilməsinə dəstək həyata keçirilib. Layihə BP və tərəfdaşların təhsilin inkişafına və bütün səviyyələrdə yerli potensialın və bacarıqların gücləndirilməsinə dəstəyi çərçivəsində maliyyələşdirilib.

Nəzərdə tutulmuş bütün iş həcmi uğurla yerinə yetirilib və nəticədə orta məktəblərin 10-cu və 11-ci sinif şagirdləri üçün informatika fənni üzrə beynəlxalq standartlara əsaslanan kurikulum hazırlanıb və tətbiq edilib, yeni kurikulumun tətbiqi üçün 10-cu və 11-ci siniflər üzrə yeni dərs və tədris vəsaitləri hazırlanıb, informatika fənninin tədrisinin keyfiyyətini artırmaq məqsədilə yuxarı sinif müəllimlərinə müvafiq təlimlər keçilib.

Paylaş

 Xəbəriniz olsun