Təhlükənin bir addımlığında yaşayan Keşlə sakinləri

  • Space TV
  • 11 Yanvar 2020 11:13

Sakinlər həmçinin bildirdilər ki, yaxınlıqdakı dəmir yol xəttindən qatar keçən zaman vəziyyət bir qədər də çətinləşir.

Artıq evlərin divarlarında əmələ gələn çatlar böyüməkdədir.  Burdakı İnsanlar hər an baş verə biləcək faciəli hadisə ilə üz üzədirlər. Hətta qəza keçirən də olub.

Sakinləri narahat edən məqamlardan biri də uşaqların həyatıdır. təhlükənin astanasında olan uşaqlar da hər  gün uçmaq təhlükəsində olan bu yolla gedib gəlir və bu evlərdə yaşayırlar.

Bir müddətdir  Yavər Səfərov 32 ünvanında sakinlər bu təhlükə ilə birlikdə yaşamağa məcburdurlar.  Dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də hələ ki səslərinə səs verən tapılmayıb.

Qeyd etdiyimiz kimi  sakinlər çökmələrin artmasını yaxınlıqda olan dəmir yol xəttinin ətrafının təmizlənməsindən sonra baş verdiyini bildirdilər.

Bununla bağlı Dəmir Yolları QSC-yə sorğu ünvanladıq. cavab olaraq bildirdilər ki, Nizami rayonu Yavər Səfərov küçəsində sakinlər uzun illər öncə dəmir yolunun mühafizə zolağında qeyri-qanuni məskunlaşıblar.   Sözügedən evlərin kanalizasiya xətləri ümumi kanalizasiya sisteminə qoşulmadığından bu evlərdən çirkab sular və məişət tullantıları  birbaşa dəmir yolunun üzərinə axıdılırdı. Bu da qatarların hərəkətinə ciddi təhlükə yaratmaqla yanaşı, dəmir yolunun üst quruluşu materiallarının vaxtından əvvəl sıradan çıxmasına gətirib çıxarırdı. Eyni zamanda həmin tullantıların dəmir yolunun üzərinə atılması yolboyu  xoşagəlməz mənzərənin yaranmasına səbəb olur ki,  bu da ərazidə ekoloji tarazlığı pozur. Bütün bunların qarşısının alınması məqsədi ilə dəmir yolunun aidiyyəti işçiləri tərəfindən vaxtaşırı  təmizlik işləri aparılır.  Yol üzəri və ətrafında aparılan təmizlik işləri zamanı və sonrası sakinlərin evlərinə heç bir  təhlükə yaranmır, əksinə görülən işlər nəticəsində evlərin çökməsinə səbəb olan  kanalizasiya suları şəhər kanalizasiya sisteminə yönləndirilib ki, bu da həmin suların evlərə təsirini azaldıb.

Sakinlər qismən qabaqlayıcı tədbirlər görsə də bu da çökmənin qarşısını almayıb.

Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyətinə müraciət etdik. Oradakı vəziyyətdən xəbərdar olduqlarını bildirdilər. Haqqında danışdığımız kustar üsulla qoyulmuş dirəklər elə icra hakimiyyəti tərəfindən qabaqlayıcı tədbir kimi ora yerləşdirilib.

İcra Hakimiyyətinin nümayəndəsi onu da bildirdi ki, bu istiqamətdə aidiyyatı qurumlarla əlaqə saxlanılıb və qısa zamanda problem aradan qaldırılacaq.

Ümid edirik ki, qısa zamanda bu insanların səsinə səs verən olacaq. Və bu problemləri tezliklə aradan qaldırılacaq.

https://www.youtube.com/watch?v=oryX9-8kkGE

Orxan Şükür  SPACE TV

Paylaş

 Xəbəriniz olsun