Təhlükəli mərmi aşkarlanıb

  • SpaceTV
  • 13 Dekabr 2019 17:02

Ərazilərin minalardan təmizlənməsi  üzrə  agentliyin  saloğlu  bölməsinin əməkdaşları   yerləşdiyi  ərazilərdə  geniş  təmizlənmə işlərinə başalyıblar .Hələ  sovet  dövründə  Cənubi Qafqazın  ən böyük hərbi  sursat  bazalarından sayılan Saloğlu bazasında  1991 cildə  baş vermiş məqsədli partlayış  bu ərazi ilə  yanaşı  demək olar ki   Ağstafa rayonunun cox  hissəsi  mərmilərin əsirinə  cevrilmişdi  .Uzun illərdir  təmizlənmə işlərinə baxmayaraq  bu gündə   təhlükəli mərmi   tapıntılarına  rast  gəlinir .

Yolun sağ və  sol  hissələri ilə  yaşayış məntəqələrini  su ilə təmin edən borular olduğundan   təmizlənmə  zamanı  anama əməkdaşları   fereks  aparıtından istifadə etməklə  daha  dəqiq  məlumatları   əldə  edirlər  . Bu  cihaz  vasitəsilə  hətta  4-5 metr  dərinliyində   mərmini  aşkar edərək üzə  cıxarıblar   . Ümumilikdə  cox sayda  təhlükəli  mərmi  aşkar olunub . Təhlükəsizlik  qaydalarına riayyət olunmaqla  Anama əməkdaşları   tapılan mərmilərin bəzilərini elə yerindəcə   zərərsizləşdirdilər 

Kol kosdan təmizlənən əraziyə  yaşıl   ağaclar əkilməsi  planlaşdırılır  .Bu günə  kimi  Anama əməkdaşları  qərb regionunda  81 milyon beş yüz min kvadrat  ərazidə   təmizlənmə işini aparıblar  ki   Buradanda  661 mindən cox partlamamış hərbi  sursat  aşkar olunaraq  zərərsizləşdirirlib .

Vasif Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun