Həmin hadisə ilk deyildi çünki ondan az öncə Xətai rayonunda oxşar hadisə yaşanmışdı.Aparılmış ekspertiza araşdırmaları zamanı bu yaşayış binasında da baş vermiş yanğına binaların fasadının kefiyyətsiz və ucuz materillarla üzlənməsi səbəb olmuşdu.
Günahkarda məlum idi. çünki binaların üzlüklərinin keyfiyyətiz materialla üzlənməsini həyata keçirən şirkət rəhbərləri çox gəlir əldə etmək üçün bilərəkdən sakinlərin həyatını təhlükəyə ataraq tezalışan və keyfiyyətiz məhsul olan penoplastla binaların fasadlarını təmir etmişdilər
Dövlət Komissiyası tərəfindən həmin vaxt təkcə paytaxtda deyil ölkə üzrə bütün regionlarda son illər tikilmiş hündürmərtəbəli binaların ekspertizadan keçirilməsi yenidən icra olundu və nəticədə yüzlərlə binanın standartlara cavab verməyən üzlüyü sökülərək keyfiyyətli materialla əvəzələndi.Bəs son illər paytaxda inşa olunan binaların fasadında istifadə olunan tikinti materialları təhlükəsizlik normalarına cavab verirmi?
Bu tikinti şirkətinin təhlükəsizliyinə cavabdeh olan Pəhlivan Məmmədov deyir ki, əgər bir neçə il öncəyə kimi paytaxda inşa olunan binaların fasad hissəsinə vurulan üzlüklər yerli materiallar idisə ,dəfələrlə baş vermiş yanğın hadisələrindən sonra yerli məhsulların istifadəsinə birmənalı şəkildə qadağa qoyuldu
Məlumat üçün bildirək ki, hündürmərtəbəli binaların inşasında istifadə olunan tikinti materiallarının normalara cavab verib verməməsini FHN-nin xüsusi komissiyası yoxlayır, ekpertizanın müsbət rəyi olmadıqda isə həmin tikinti məhsullarından istifadəyə icazə verilmir.
RƏŞAD VƏKİLOĞLU SPACE TV