Təhlükəli ağaclar

  • Space TV
  • 27 Noyabr 2019 15:10

Vaxtilə burdan yolu düşənlərdə  bu ağacların kölgəsinə sərinləyib keçədilər.70 –dən çox yaşı olan iri gövdəli  2 ağac indi burda yaşıyan sakinlərlə yanaşı , piyada və sürücülər üçündə təhlükəyə çevrilib.Görüntülər Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi dalan 6-dandı.Hər iki ağac yaşlandığı üçün hazırda aşmaq üzrədir

Ağaclardan biri  Xanım Hüseynovanın mənzilinin üzərində qol -budaq atdığı üçün elə hazırda daha çoxda təhlükə bu ev üçün  üçün qalmaqdadır.Şikayətçi deyir ki, ağacların budanması və ya kəsilməsi üçün Bakı şəhər icra hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib təhlükə ilə bağlı daha bir neçə aidiyyatı qurumun qapısını döyüblər.

Küçədə bir müddət öncə 2 deyil, 3 ağac sakinlər üçün təhlükə yaratdığına görə sakinlərin müraciəti əsasında  ağaclardan biri Bakı şəhər Yaşıllaşdırma Təssəürfatı birliyi tərəfindən budanıb.

Bakı Şəhər Yaşıllaşdırma Təssərrüfatı Birliyindən isə bildirildi ki,sözügedən ünvana yenidən baxiş keçiriləcək,əgər budanması və ya kəsilməsi zəruruəti yaranarsa həmin ağaclar qanuna uyğun formada zərərsizləşdiriləcək

Sakinlərə bundan sonra bir müddətdə səbr edib gözləmək qalır, gec olar güc olar.Yəqin ki, həmin vaxta qədər bu ağaclar kiminsə özünə və ya  əmlakına da zərər vurmaz.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun