Təhlükə səviyyəsi 2–ci dərəcədədir

  • SpaceTV
  • 15 Avqust 2019 17:23

ABŞ Prezidenti Donald Tramp “Twitter” vasitəsi ilə Çin liderinə Honkonqdakı vəziyyətlə bağlı görüş təklif edib. Onun sözlərinə görə, Çin sədri Honkonqda keçirilən etiraz aksiyaları ilə bağlı vəziyyəti “tez və insanlıq”la həll edə bilər.

Ağ ev rəhbəri deyib: “Mənim heç bir şübhəm yoxdur ki, Prezident Si Honkonq problemini bunu tez və insanlıqla həll etmək istəsə belə, bunu həll edə bilsin. Şəxsi görüş?”,  deyə tramp öz “Twitter” hesabında yazıb.

ABŞ Dövlət Departamenti Honkonqa səfər edən ölkə vətəndaşlarını kütləvi etiraz aksiyaları ilə əlaqədar maksimum dərəcədə ehtiyatlı olmağa çağırıb. Bildirilir ki, ABŞ-da Honkonqa səfər üçün təhlükə səviyyəsi ikinci dərəcəyə qədər qaldırılıb. Bu arada isə Ümumdünya Ticarət Təşkilatı isə ABŞ prezidenti Donald Trampın üzvlükdən çıxma ehtimalının olduğunu deyir və buna  dair bəyanatına şərh vermir.

Bundan əvvəl ABŞ lideri “lazım gələrsə” Ümumdünya Ticarət Təşkilatındam  çəkilə biləcəklərini, təşkilatın mövcud qaydalarının üzv ölkələri ABŞ-dan varlanmaq üçün istifadə etməyə geniş imkanlar açdığını bildirmişdi.

Paylaş

 Xəbəriniz olsun