Təhlükə ilə eyni ünvanda

  • Space TV
  • 30 Yanvar 2020 11:56

Sakinlərin problemi və şikayəti saymaqla bitmir. Onları narahat edən ən əsas məsələ isə yaşadıqları binanın qəzalı vəziyyətdə olmasıdır. Yağış yağdıqda isə vəziyyət bir az da təhlükəli həddə çatır.

27 ildir bu ünvanda yaşayan sakinlər bu probləmlərlə son 10 ildə üzləşiblər.Binanın tavanının hissə hissə ucması, divarların çatı, kanalizasiya sisteminin bərbad vəziyyətdə olması vəziyyəti daha da pisləşdirir.

Yagış evlərə çox damdığından burda olan nəmişlik və rütubət də dözülməzdir. 27 ildir buranın sakini olan Bahar Mirzəyeva oğlunun  bu şəraitsizlikdən xəstəlik tapdığını, onun gözlərinin məhz buna görə zəiflədiyini deyir.

Lakin bu şəraitsizlik təkcə onların sağlamlığını deyil, eyni zamanda xoşbəxtliyin də əllərindən alıb. Belə ki, yaşamaq üçün hec bir standartlara cavab verməyən evdə yaşayan gənc ailə, elə bu səbəbdən ayrılmalı olub.

Bəli, şəraitsizlik bir gənci həm ailəsindən həm də gözlərindən edib.

Onları özlərindən daha çox uşaqların gələcəyi düşündürür. Uşaqlar bizim gələcəyimizdir. Bu gələcəyin sağlam olması üçün, uşaqları sağlam böyütmək bizim borcumuzdur. Lakin sözügedən ünvanda yaşayan sakinlər mövcud şəraitdə bunu bacara bilmirlər. Dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də səslərinə səs verən, tapılmayıb.

Onu da qeyd edək ki, bir neçə gün bundan öncə həmin ünvanda yanğın baş verib. Nəticədə onsuz da pis vəziyyətdə olan mənzillədən bir neçəsi tamamilə yararsız hala düşüb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmisi Nazilə Alməmmədova bildirdi ki, 2 ailə müvəqqəti kirayə mənzillə təmin edilib.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi rəsmisinə həmin binada yaşayanların gələcək aqibəti barədə də sual ünvanladıq. Cavab olaraq bildirildi ki…

Ümid edirik ki, deyilən kimi olacaq. Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, bu gün qonağı olduğumuz insanlar da öz payını ala biləcək.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun