Təhlükə hələ sovuşmayıb -VİDEO

  • SpaceTV
  • 7 May 2020 11:10

Paytaxtda apardığımız müşahidələr zamanı insanların nəinki mübarizə apardıqlarını, sanki koronavirus heç olmayıbmış kimi hərəkət etdiklərinin şahidi olduq.  Bu mənzərə bizə bir anlıq pandemiyadan əvvəlki dövrü xatırlatdı.

Lakin az da olsa təhlükəsizlik qaydalarına əməl edənlərlə də rastlaşdıq.

Koronavirusla mübarizədə insanlar , özlərini və ətrafdakıları düşünməklə yanaşı həm də bu virusla fərqli cəbhələrdə mübarizə aparan insanların çəkdiyi əziyyəti fikirləşməlidir.

Ölkə ərazisində maska və dezinfeksiyaedici məhlulların təlabatı kifayət qədər ödədiyini nəzərə alsaq, əhalinin üzərinə yalnız bu vasitələrdən istifadə və və tələb olunan digər təhlükəsizlik qaydalarına əməl etməyin düşdüyünü desək yanılmarıq. Bəli, məhdudiyyətlər aradan qaldırılıb, və insanların hərəkəti qismən rahatlaşıb. Ancaq bu rahatlıqdan  bir qədər ehtiyyatlı şəkildə istifadə edilsə daha məqsədəuyğun olar.   Düzdür xüsusiyyətləri hələ də tam olaraq  bilinməyən bu çağırılmamış qonaq bizə bəzi çətinliklər yaşadır. Lakin unutmaq lazım deyil ki, bu, müvəqqəti çətinlikdir. Və bu çətinliyin də nə zaman bitməsinin məndən, səndən, ondan, ümumilikdə cəmiyyətimizdən asılı olduğunu

Bir daha qeyd edək ki, xəstəliyin yeni dalğasına yol verməmək üçün şəxsi gigiyena, ara məsafəsi saxlanması və başqa qaydalara riayət olunması bizim bu mübarizədəki qalibiyyətimizi daha da yaxınlaşdıracaq.

ORXAN ŞÜKÜR SPACE TV

Paylaş

 Xəbəriniz olsun