Tədris gününə hazırlıq

  • SpaceTV
  • 16 Sentyabr 2019 16:46

Yeni  dərs  ilində   ölkəmizin iki  dövlətlə  sərhədində yerləşən Ağstafa rayonunu  tədris  müəssisələrində  yeni  təhsil ocaqları  şagirdlərin istifadəsi  ücün hazır  vəziyyətə  gətirilib.  Rayon təhsil müəsisəsinin balansında  42 məktəb  faliyyət  göstərir ki,  onun da 4 şəhərin, 5-i isə  cəbhə kəndlərinin payına  düşür.     Ermənistanla sərhəd  olan kəndlərdən  Yaradulluda  bu il  modul tipli məktəb tikilir .  Köhnə Qışlaqda isə 150 yerlik  iki mərtəbəli  yeni məktəb  tikilərək  şagirdlərin istifadəsinə verilib. 

Hazırda   Gürcüstanla  sərhəddə yerləşən Böyük kəsik kəndində də   müasir məktəb  binası  tikilib. Bu gün isə  sözü  gedən məktəbin açılışı  oldu.

Ölkə başcısının sərəncamı ilə  tikilən müasir  məktəbdə, məktəbəqədər hazırlıq   sinifləridə    yeni  avadanlıqlarla  təmin olunub. Hər   ixtisasa  aid  labaratoriya  və   maddi texniki  baza ilə  təmin olunub.

Yeni məktəblərlə yanaşı  rayonda olan  köhnə  tikililərdədə  cari  təmir işləri  aparılıb. Rayon təhsil şöbəsinin  rəsmisi  Əziz  Məsmzaliyev   bildirdi ki   rayonun Muğanlı kənd məktəbindən başqa bütün məktəblər  tam olaraq  yeni mövsümə hazırdır.  Sözü gedən məktəb isə əsaslı təmirə dayandırılıb.

Qeyd  edək ki,  Regionların sosial iqtisadi inkişafı layihəsi ilə   rayonda  ümumi  19 məktəb yenidən tikilib istifadəyə  verilib.

Vasif Vaqifoğlu  Rəşad Əliskəndərov Space Ağstafa

Paylaş

 Xəbəriniz olsun