TƏDQİQATÇI ALİM TARİXİ SƏNƏDİ AÇIQLADI

  • SpaceTV
  • 29 İyun 2020 11:10

“1918-ci ildə türk tərəfi Azərbaycana erməni dövlətinin yaranmasına imkan verməməyi təklif etmişdi. Amma Azərbaycan tərəfi buna qarşı çıxdı. Bununla bağlı 1918-ci il may ayının 23-də Ənvər Paşaya dörd səhifəlik bir müraciətnamə  göndərilib”.  Bunu Space TV-də yayımlanan “Sadə Həqiqətlər” verilişində tarixçi-alim Vasif Qafarov deyib. Tədqiqatçının sözlərinə görə, sənədi Məhəmmədhəsən Hacınski, Məmmədəmin  Rəsulzadə,  Qazi Əhməd bəy Xanbaba, Əhməd Cövdət Pepinov,  Aslan bəy Səfikürdski, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov  və Məmmədyusif Cəfərov imzalayıblar: “Bu 9 nəfər mayın 23-də Ənvər Paşaya müraciət edirlər. Bu müraciətdə göstərirlər ki, Osmanlı dövlətinin siyasəti ondan ibarətdir ki, Qafqazda gürcü və Azərbaycan dövlətləri yaradılsın, erməni dövlətinin yaradılmasına imkan verilməsin.  Amma biz sizdən xahiş edirik ki, nəyin bahasına olursa olsun Cənubi Qafqazda erməni dövləti də yaradılmalıdır və bunun üçün biz ermənilərə torpaq güzəştə getməyə də hazırıq”.  Vasif Qafarov bu müraciətnamənin hazırda türkiyə Başbakanlığı, Osmanlı arxivinin Xarici İşlər Nazirliyinin Fondunda saxlanıldığını söyləyib.

Paylaş

 Xəbəriniz olsun