Tədbir keçirilib

  • Space TV
  • 29 Noyabr 2019 16:58

Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin birgə təşkilatşılığı ilə keçirilən konfransda Azərbaycanın energetika sisteminin kadr və elmi-metodiki təminatında universitetlərin rolu, elektroenergetikanın müasir problemləri, regionların sosial-iqtisadi inkişafının təmin olunması baxımından elektrik stansiyalarının əhəmiyyəti və digər mövzularda müzakirələr aparılıb.

Tədbirdəı BMT üzvü olan dövlətlərin 2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilən Dayanaqlı İnkişaf Sammitində təsdiqlənmiş və BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn çağırışlara dair nəzəri və praktiki müzakirələr aparılıb.

Tədbirdə hər iki universitetin professor-müəllim və tələbə kollektivi yaxından iştirak edib.  Konfrans iştirakçıları Mingəçevir şəhərində yerləşən “Azərbaycan İES” MMC-yə və “Mingəçevir SES” MMC-yə tanışlıq ziyarət edib. Həmçinin Mingəçevir Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti arasında energetika və elm–təhsil üzrə potensialın artırılması sahəsində Anlaşma Memarandumu imzalanıb.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun