Təcili yardıma gün ərzində orta hesabla 2 min çağırış daxil olur.Yaz payız aylarında isə repirator xəstəliklərlə bağlı bu çağırışların saylı xeylı artır. Həmçinin koronovirus xəstəliyi ölkəmizdə də yayıldığı üçün bu xəstəliyin əlamətini özündə hiss edən insanların əksəriyyəti bəzən xəstəliyin fəsadları ağırlaşdıqda həkimə müraciət edirlər
Koronovirus xəstəliyi ölkəmizdə yayıldıqdan sonra təcili yardımın bütün stansiyalarında xüsusi briqadalar fəaliyyət göstərir ki, həmin həkim briqadaları da bu xəstəliyə yoluxan və ya xəstəlik şübhəsi olan çağırışlara yollanırlar. Növbəti dəfə stansiyaya Covid-19 şübhəsi ilə zəng daxil olur
Yol boyu çağırışa yollanan briqadanın həkimi Aygün İsmiyeva ilə həmsöhbət olduq. Ağır xəstədən tutmuş, müayinəyə cəlb olunan xəstələrin ailəsi, eləcə də təmasda olduğu şəxslərin xəstəxanaya getməkdən boyun qaçıran ailələri ilə təcili yardım heyəti arasında yaşananları belə nəql edir həkim
Bakı şəhər təcili və təxirəsalınmaz yardım stansiyasının baş həkiminin müavini İradə Əliyeva deyir ki, əgər əvvəllər təkcə xəstədən yaxma materialı götürülərək cavabı təsdiq olunduqdan sonra yaxın ətrafından yaxma götürülürdüsə , hazırda aktiv aşkarlanma ilə əlaqədar həm xəstədən həmdə onun ailə üzvlərindən yaxma götürülərək labaratoriyaya təqdim olunur
Bəs təcili yardım briqadalarına digər çağrışlarla bağlı zəng daxil olduqda ünvana gedən həkim briqadasını hansı halda xüsusi koronovirus həkim briqadası əvəzləyir.
Onlar da günümüzün qəhrəmanlarıdır. Koronovuris bəlası ölkəmizin üzərindən çəkilib gedəcək.Ancaq bu ağ xalatlılar hələ çox insanlara şəfa bəxş edəcək, çoxlarını isə ölümdən qutaracaqlar.
RƏŞAD VƏKİLOĞLU SPACE TV