Təcili eniş edən təyyarə Ukraynaya düşüb

  • SpaceTV
  • 4 Oktyabr 2019 12:09

Ukraynanın Lvov şəhəri yaxınlığında təcili eniş edən An-12 yük təyyarəsi Viqo (İspaniya) – Lvov istiqamətində uçuş həyata keçirib.

Bu barədə cümə günü Ukrayna İnfrastruktur nazirinin müavini Yuriy Lavrenyuk məlumat verib.

Məlumata əsasən, təcili eniş edən təyyarə heyəti təxliyyə olunub. Ukraynanın İnfrastruktur naziri Vladislav Krikliyin verdiyi ilkin məlumata görə, eniş nəticəsində yeddi nəfərlik təyyarə heyətindən dörd nəfərin öldüyü bildirilir.

Qeyd edək ki, təcili enişin səbəbi yanacağın tükənməsi olub. Bu barədə məlumatları nazir müavini rəsmi “Facebook” səhifəsində yayımlayıb.

Paylaş

 Xəbəriniz olsun