Təbrizə gedən avtobus qəzaya uğradı: doqquz ölü, onlarla yaralı

  • Space TV
  • 31 Dekabr 2019 14:23

İranın şimal-qərbində baş verən yol qəzasında ən azı doqquz nəfər ölüb.

Bu barədə İranın “Mehr” agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, avtobus paytaxt Tehrandan Şərqi Azərbaycan əyalətinin inzibati mərkəzi olan Təbriz şəhərinə gedirmiş. Onlarla insan müxtəlif dərəcəli xəsarət alıb.

Qəza Zəncan yaxınlığında baş verib. 

Yerli polis hadisənin səbəblərini araşdırır.

Paylaş

 Xəbəriniz olsun